Əsas Səhifə > XARİCİ XƏBƏR > Moldovanın Baş naziri ABŞ-nin Qaqauziya rəhbərinə sanksiyalarını alqışlayıb

Moldovanın Baş naziri ABŞ-nin Qaqauziya rəhbərinə sanksiyalarını alqışlayıb


12-06-2024, 22:31


Moldovanın Baş naziri Dorin Reçan ABŞ Maliyyə Nazirliyinin Qaqauzun rəhbəri Yevgeniya Qutsula qarşı sanksiyalar qərarını alqışlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində bildirib.

“Bu gün ABŞ Moldova Respublikası və onun vətəndaşlarına qarşı hibrid aksiyalarda, cinayət mənbələrindən maliyyələşən aksiyalarda iştirak etdiyinə görə Yevgeniya Qutsula qarşı sanksiyalar tətbiq edib. Bu qərar xarici tərəfdaşlarımızla səmərəli əməkdaşlığın nəticəsidir və biz korrupsiya və milli təhlükəsizliyə təhdidlərlə mübarizədə qətiyyətli addımlar atmağa davam edəcəyik”, - o yazıb.

D.Reçanın sözlərinə görə, ABŞ-nin reaksiyası Moldovanın məhkəmə sistemi üçün nümunə olmalıdır.


Geri qayıt