Əsas Səhifə > --- > ÜST Yəməndə saxlanılan BMT əməkdaşlarının dərhal azad edilməsini tələb edib

ÜST Yəməndə saxlanılan BMT əməkdaşlarının dərhal azad edilməsini tələb edib


12-06-2024, 12:41


Yəməndə saxlanılan BMT və humanitar yardım işçiləri dərhal və qeyd-şərtsiz azad edilməlidir.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“BMT-nin digər işçiləri ilə birlikdə Yəməndə ÜST əməkdaşının saxlanılmasından narahatam. Biz onların təhlükəsizliyini təmin etmək üçün BMT-dəki həmkarlarımızla sıx əməkdaşlıq edirik. Saxlanılanların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq. Humanitar işçilər heç vaxt hədəf olmamalıdır”, - o vurğulayıb.



Geri qayıt