Əsas Səhifə > SON XƏBƏR > Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir

Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir


12-06-2024, 11:22


Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan qısamüddətli sel keçib

Bu barədə Şəffaflıq.az a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib.

Hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.



Geri qayıt