Əsas Səhifə > Maraqlı > Azərbaycan Xalq Hərəkatı BURAXILDI
Azərbaycan Xalq Hərəkatı BURAXILDI1-12-2019, 21:32 |
Müxalifyönlü şəxslərin təmsil olunduğu Azərbaycan Xalq Hərəkatı (AXH) buraxılıb. Şəffaflıq.az Hurriyyet.org-a istinadən bildirir ki, bu barədə Pravda.az-a AXH-nin Mətbuat xidmətinin rəhbəri Aslan Həmidli məlumat verib. A.Həmidli bildirib ki, Ağasif Şakiroğlu, Salman İmanlı, Süleyman Kərimli, Valeh Mirzəyev təşkilatdan istefa verib: “İsgəndər Həmidov rəsmən AXH-nin buraxıldığını elan edib”. Qeyd: Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təmsil olunduğu Azərbaycan Xalq Hərəkatı isə fəaliyyətini davam etdirir. Geri qayıt |