Əsas Səhifə > Hadisə > "Koroğlu" metrostansiyasında halı pisləşən sərnişin ölüb

"Koroğlu" metrostansiyasında halı pisləşən sərnişin ölüb


9-06-2024, 23:55


Qatardan düşərək "Koroğlu" metrostansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.

Bu barədə  "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaşı olduğu təxmin edilən sərnişin az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.

Şəffaflıq.az


Geri qayıt