Əsas Səhifə > Dünya > Keçmiş prezidentlə bağlı – Sərt qərar
Keçmiş prezidentlə bağlı – Sərt qərar1-12-2019, 20:30 |
Sudan hökuməti devrilmiş prezidenti Ömər əl-Bəşir rejiminin izlərinin tamam silinməsi məqsədilə qanun layihəsi qəbul edib. Devrilən preziden Bəşirin lideri olduğu Milli Konqres Partiyası daxil olmaqla rejimin bütün qurum və quruluşları qapadılacaq və mülkiyyəti müsadirə olunacaq. Sudan Baş naziri Abdulla Hamduk bəyan edib ki, bu, intiqam qanunu deyil, xalqın əldə etdiklərini qorumaq naminə verilən qərardır. Qeyd edək ki, Sudan hökuməti ötən həftə Bəşirlə bağlı 24 qurumun fəaliyyətini qadağan edib, ölkə daxilində və xaricindəki mülkiyyətini dondurmaq haqda qərar verib. Şəffaflıq.az Geri qayıt |