Əsas Səhifə > FUTBOL > Azərbaycanın U-21 millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycanın U-21 millisi bu gün Slovakiya ilə qarşılaşacaq


7-06-2024, 11:46


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Şəffaflıq.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələcək.

Bratislavadakı Senec Məşq Mərkəzindəki matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.


Geri qayıt