Əsas Səhifə > MALİYYƏ > “Azəraqrartikinti” ASC 2023-cü ili 4,533 milyon manat xalis mənfəətlə başa vurub.
“Azəraqrartikinti” ASC 2023-cü ili 4,533 milyon manat xalis mənfəətlə başa vurub.7-06-2024, 10:41 |
“Azəraqrartikinti” ASC 2023-cü ili 4,533 milyon manat xalis mənfəətlə başa vurub. Şəffaflıq.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 25,5 % azdır. Ötən il “Azəraqrartikinti”nin vergiyəqədərki mənfəəti 5,666 milyon manat (əvvəlki ilə nisbətən 25,6 % az), mənfəət vergisi ödəmələri isə 1,133 milyon manat (25,6 % az) təşkil edib. Bu il yanvarın 1-nə “Azəraqrartikinti”nin aktivləri 51,005 milyon manat olub ki, bu da illik müqayisədə 5,9 azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 40,6 % azalaraq 11,13 milyon manata düşüb, balans kapitalı isə 12,5 % artaraq 39,875 milyon manata çatıb. Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,229 milyon manatdır. Şirkət bir sıra dövlət sifarişlərində icraçı olub. Geri qayıt |