Əsas Səhifə > Hadisə > Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Abbasov dəfn edilib

Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Abbasov dəfn edilib


6-06-2024, 14:01


Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Vilayət oğlu Abbasovla Daşkəsən rayonu Xoşbulaq kəndində keçirilən vida mərasimi başa çatıb.

Şəffaflıq.az-ın məlumatına görə, şəhidin nəşi Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Daşkəsən Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Geri qayıt