Əsas Səhifə > İnfrastruktur > Putin: Şimal-Cənub Nəqliyyat Dəhlizi yüklərin Süveyş kanalından 10 gün tez çatdırılmasına imkan verəcək

Putin: Şimal-Cənub Nəqliyyat Dəhlizi yüklərin Süveyş kanalından 10 gün tez çatdırılmasına imkan verəcək


5-06-2024, 22:48


Şimal-Cənub Nəqliyyat Dəhlizi yüklərin Süveyş kanalından 10 gün tez çatdırılmasına imkan verəcək.

Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi çox yaxşı və ehtiyac duyulan beynəlxalq dəhlizə çevrilə bilər:

“Sankt-Peterburq limanından yüklər bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və Fars körfəzi sahillərinə çıxış yolu ilə gedəcək. Bu, Süveyş kanalı ilə müqayisədə demək olar ki, 10 gün tezdir. Layihə çox gəlirli olacağını vəd edir. Ona investisiyalar etibarlıdır, onun gəlirliliyinə zəmanət veriləcəkdir”.


Geri qayıt