Əsas Səhifə > EKOLOGİYA > Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ


3-06-2024, 13:34


Azərbaycanda iyunun 3-4-də bəzi dağlıq və dağətəyi rayonlarda, 5-6-da isə əsasən gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Şəffaflıq.az


Geri qayıt