Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Son altı ildə 131 mindən çox şəxs haqqı ödənilən müvəqqəti məşğulluqla təmin edilib
Son altı ildə 131 mindən çox şəxs haqqı ödənilən müvəqqəti məşğulluqla təmin edilib3-06-2024, 11:45 |
Son altı il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin olunub. Şəffaflıq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentdə iyunun 3-də “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. Nazir müavini bildirib ki, 131 mindən çox şəxs haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluqla təmin edilib: “80 minə yaxın şəxs özünüməşğulluq proqramına, 27,5 min şəxs isə peşə hazırlığına cəlb olunub”. Geri qayıt |