Əsas Səhifə > Hadisə > Gədəbəydə "VAZ" aşıb, xəsarət alanlar var.

Gədəbəydə "VAZ" aşıb, xəsarət alanlar var.


2-06-2024, 23:11


Gədəbəydə "VAZ" aşıb, xəsarət alanlar var.

Şəffaflıq.az-ın məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü Elbəyi Cəfərovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 1995-ci il təvəllüdlü A.Cəfərova, həmçinin azyaşlı övladları xəsarət alıb. Zərərçəkənlər öncə rayon xəstəxanasına, sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Onların vəziyyəti qənaətbəxş və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt