Əsas Səhifə > Hadisə > Bakıda mənzildə meyit aşkarlanıb.

Bakıda mənzildə meyit aşkarlanıb.


2-06-2024, 22:21


Bakıda mənzildə meyit aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Şəffaflıq.az


Geri qayıt