Əsas Səhifə > Hadisə > Metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktı araşdırılır
Metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktı araşdırılır2-06-2024, 22:19 |
Nəsimi rayon Prokurorluğu metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktını araşdırır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. “İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”, - prokurorluqdan bildirib. Qeyd edək ki, bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub. TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb. Şəffaflıq.az Geri qayıt |