Əsas Səhifə > REGİON > Hakan Fidan Çinə səfər edəcək
Hakan Fidan Çinə səfər edəcək1-06-2024, 21:22 |
Türkiyənin xarici işlər naziri Hakan Fidan həmkarı Van İnin dəvəti ilə iyunun 3-dən 5-dək Çin Xalq Respublikasına rəsmi səfər edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Nazirimiz Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti ilə 3-5 iyun 2024-cü il tarixində Çin Xalq Respublikasına rəsmi səfər edəcək. Səfər çərçivəsində həyata keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin müzakirə olunması, eyni zamanda aktual regional və beynəlxalq mövzularda fikir mübadiləsinin aparılması nəzərdə tutulub”, – məlumatda diqqətə çatdırılıb. Geri qayıt |