Əsas Səhifə > Hadisə > Bakı-Quba yolunda dəhşətli qəza baş verib, xəsarət alan var

Bakı-Quba yolunda dəhşətli qəza baş verib, xəsarət alan var


30-05-2024, 22:47


Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi vaş verib.

“Report”un yerli bürosu xəbər verir ki, "VAZ" 2106 və “Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ" 2106-nın sürücüsü Tural İlham oğlu Mirzəyev ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbi araşdırılır.

Qeyd edək ki, T.Mirzəyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4-cü kurs tələbəsidir.


Geri qayıt