Əsas Səhifə > İnfrastruktur > “Google”un axtarış alqoritmləri ilə bağlı sənədlər internetə sızıb
“Google”un axtarış alqoritmləri ilə bağlı sənədlər internetə sızıb30-05-2024, 08:47 |
“Google” axtarış xidmətinin işləyişini təsvir edən təxminən 2,5 min səhifəlik sənəd internetə sızıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İnternetdə aşkarlanan daxili sənədlərdə “Google”un topladığı və istifadə etdiyi verilənlər növləri haqqında məlumat var. Sənədlər həmçinin axtarış sisteminin kiçik saytlarla bağlı siyasəti, eləcə də “Google”un prezident seçkiləri kimi həssas mövzular üzrə sorğuları idarə etməsi haqqında məlumat verir. Nəşr qeyd edib ki, bu “misli görünməmiş” sızma “Google”un axtarış sisteminin işi ilə bağlı açıqlamalarında “heç də tam dürüst olmadığını” düşünməyə əsas verir. “Google”un sözçüsü Devis Tompson “Verge”ə sızmanın baş verdiyini təsdiqləsə də, dərc olunmuş “məlumatların kontekstdən çıxarıldığını, köhnə və ya natamam məlumatlara əsaslandığını” iddia edib. Geri qayıt |