Əsas Səhifə > Gündəm > Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.

Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.


30-11-2019, 19:20

 Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.
İdarənin Mətbuat Xidmətindən Şəffaflıq.az-a daxil olan açıqlamada deyilir:
"Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb".
Geri qayıt