Əsas Səhifə > Hadisə > Ali Məhkəmə AzTV-nin keçmiş sədrinə və ailə üzvlərinə sui-qəsd cəhdində təqsirləndirilənlər barəsində qərar verib
Ali Məhkəmə AzTV-nin keçmiş sədrinə və ailə üzvlərinə sui-qəsd cəhdində təqsirləndirilənlər barəsində qərar verib29-05-2024, 12:04 |
Ali Məhkəmə AzTV-nin keçmiş sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Şücaət Əkbərov və Zöhrab Şirinov barəsində qərar verib. Şəffaflıq.az xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda onların hökmdən verdikləri kassasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, sui-qəsd cəhdi ilə bağlı 2017-ci ildə 4 nəfər həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücaət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov isə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. A.Hüseynov cəzasını istintaq və məhkəmə müddətində çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Q.Cəbiyev isə 2020-ci ildə həbsdə vəfat edib. Sonradan Apellyasiya Məhkəməsi Ş.Əkbərovun cəzasını 16 ilə, Z.Şirinovun cəzasını isə 14 il 6 aya endirib. İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək, mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah-sursat əldə edib, sifarişlə Arif Alışanov və onun ailə üzvlərini öldürməyə cəhd edib. O, A.Alışanovun 4,6 milyon manatlıq əmlakını ələ keçirmək istəyib. Xatırladaq ki, Ş.Əkbərovun Arif Alışanovla biznes ortağı olduğu idda edilib. Alışanov 2019-cu ildə AzTV-nin sədri vəzifəsindən azad olunub. Geri qayıt |