Əsas Səhifə > SİYASƏT > Bağdadın ən hündür binalarından biri Azərbaycan bayrağı ilə işıqlandırılıb

Bağdadın ən hündür binalarından biri Azərbaycan bayrağı ilə işıqlandırılıb


28-05-2024, 09:56

İraqın paytaxtı Bağdadda 28 May - Müstəqillik Günü münasibətilə ən hündür binalarından birində Azərbaycan bayrağı proyeksiya edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" hesabında paylaşım edib.

"Azərbaycan Respublikasının milli bayramı, 28 May - Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız işıqlandırılıb. Təşəkkürlər İraq!", - deyə paylaşımda qeyd olunub.



Geri qayıt