Əsas Səhifə > SİYASƏT > Azərbaycan XİN Müstəqillik Günü münasibətilə xalqı təbrik edib
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə xalqı təbrik edib28-05-2024, 09:23 |
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə xalqı təbrik edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin "X"dəki hesabında paylaşım edilib. "28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!", - deyə paylaşımda qeyd edilib. Geri qayıt |