Əsas Səhifə > XARİCİ XƏBƏR > Çad Prezidenti yeni hökuməti təyin edib

Çad Prezidenti yeni hökuməti təyin edib


28-05-2024, 08:56


Çad Prezidenti Mahamat İdriss Debi İtno Baş nazir Əllamə Halinanın təklifinə əsasən yeni hökumət kabinetinin nazirlərini təyin edib.

Şəffaflıq.az   xəbər verir ki, bu barədə "Tchadinfos" portalı məlumat yayıb.

Çadın yeni hökumətinin tərkibi Prezident seçilən Mahamat İdriss Debu İtnonun mayın 23-də andiçmə mərasimindən sonra müəyyən edilib.

Qeyd edək ki, hazırkı dövlət başçısı mayın 6-da seçilib.

Beləliklə, Çad hazırkı dövlət başçısının atası döyüş meydanında həlak olduqdan sonra davam edən hərbi idarəetmədən mülki idarəçiliyə keçidi başa çatdırıb.


Geri qayıt