Əsas Səhifə > REGİON > Özbəkistan və Rusiya prezidentləri ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq barədə razılığa gəliblər
Özbəkistan və Rusiya prezidentləri ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq barədə razılığa gəliblər27-05-2024, 14:33 |
Özbəkistanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 10 milyard ABŞ dollarına çatıb. Şəffaflıq.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib. “İlk dəfə olaraq 63 bəndlik “yol xəritəsi” imzaladıq və bu istiqamətdə irəliləyiş var.... Ticarət dövriyyəsini 10 milyard dollara çatdırmışıq. Bu çox yaxşı artımdır. İndi biz bu göstəricini 20 milyard dollara çatdırmaq üçün çalışırıq”, - o vurğulayıb. Danışıqlar zamanı tərəflər birgə layihələri dəstəkləmək üçün investisiya platformasının işə salınması barədə razılığa gəliblər. İki ölkə liderləri birgə layihələrin portfelinin 45 milyard dollara çatdığını qeyd ediblər. Xatırladaq ki, V.Putin Özbəkistanda dövlət səfərindədir. Geri qayıt |