Əsas Səhifə > MALİYYƏ > Nazir müavini: "Sosial ödənişlər 11 % artıb"
Nazir müavini: "Sosial ödənişlər 11 % artıb"27-05-2024, 13:30 |
Bu ilin I rübündə Azərbaycanda sosial ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çox olub. Şəffaflıq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Anar Kərimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib. Bundan başqa, onun sözlərinə görə, son 5 ildə ölkədə minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 66 %-ə, median əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti isə 31 %-ə çatıb. Geri qayıt |