Əsas Səhifə > EKOLOGİYA > Küləkli hava şəraiti gün ərzində davam edəcək

Küləkli hava şəraiti gün ərzində davam edəcək


27-05-2024, 12:56


Saat 12:00-a olan məlumata əsasən öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb.

Bildirilib ki, müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.

Qeyd edək ki, mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.

Şəffaflıq.az


Geri qayıt