Əsas Səhifə > Region > Ermənistanın hərbi qulluqçusu naməlum şəraitdə ölüb

Ermənistanın hərbi qulluqçusu naməlum şəraitdə ölüb


26-05-2024, 23:49


Ermənistanın Müdafiə Nazirliyi hərbi qulluqçusunun öldüyünü açıqlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə hərbi qurumun

məlumatında bildirilib.

“Mayın 26-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Ararat Arami Mirzoyan naməlum şəraitdə aldığı xəsarətlərdə ölüb”, – MN qeyd edib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt