Əsas Səhifə > MILLI MƏCLİS > Azərbaycanda işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz artırılır

Azərbaycanda işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz artırılır


24-05-2024, 15:03


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun gəlirlərinin tərkib hissəsi olan işsizlikdən sığorta haqları üzrə daxilolmalara dair proqnoz 4,7 milyon manat artırılır.

Şəffaflıq.az-ın xəbərinə görə, bu, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz 2,8 % artırılaraq 180 milyon manatdan 185 milyon manata çatdırılır.

Artım Fondun 2023-cü ilin sonuna istifadə olunmamış vəsaitinin eyni məbləğdə və yaxud 8,1 % azaldılaraq 57,95 milyon manatdan 53,25 milyon manata endirilməsi hesabına baş tutacaq.

Eyni zamanda Fondun gəlirlərinin qeyri-büdcə sektoru üzrə hissəsi üzrə proqnoz eyni məbləğdə və yaxud 3,5 % artırılaraq 134,6 milyon manatdan 139,3 milyon manata çatdırılır.


Geri qayıt