Əsas Səhifə > SİYASƏT > Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasovla vida mərasimi keçirilir

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasovla vida mərasimi keçirilir


23-05-2024, 13:10


Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

Şəffaflıq.az-ın məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elməddin Şirxan oğlu Abbasov 1975-ci il fevralın 2-də Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olub. O, 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Yanşaq kəndi) itkin düşüb.

E.Abbasov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.


Geri qayıt