Əsas Səhifə > MALİYYƏ > Azərbaycan parlamenti büdcənin icrasını müzakirə edir
Azərbaycan parlamenti büdcənin icrasını müzakirə edir23-05-2024, 11:04 |
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb. Şəffaflıq.az xəbər verir ki, iclasda “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilir. Sənəd parlamentə ötən həftə daxil olub. Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 % icra olunub. 2023-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7 %) təşkil edib, proqnoz 99,5 % icra olunub. 2023-cü il dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,7 %-ni təşkil edib. Geri qayıt |