Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda seysmik qoruma cihazlarının kütləvi şəkildə tətbiqi təklif olunur
Azərbaycanda seysmik qoruma cihazlarının kütləvi şəkildə tətbiqi təklif olunur22-05-2024, 13:46 |
Azərbaycandakı binalarda seysmik qoruma cihazlarından çox az istifadə edilib. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. "Yalnız son illər inşa edilən binalarda, məsələn "SOCAR Tower" və Baku Tower"də, ümumilikdə barmaqla sayıla biləcək bir neçə binada seysmik qoruma cihazları var. Bu sistem zəlzələ zamanı binanın tarazlığını saxlayır. Ancaq həmin cihazları kütləvi şəkildə tətbiq etmək lazımdır. Xüsusən yüksək əhəmiyyətli binaların daimi monitorinq olunması, gücləndirilməsi və binalara seysmik izalyatorların qoyulması vacibdir. Bu məsələlər həm inşaat normalarında və qaydalarında nəzərə alınmalı, həm də sığorta şirkətləri onu diqqətdə saxlamalıdır", - deyə o qeyd edib. Geri qayıt |