Əsas Səhifə > Dünya > ABŞ hərbçiləri PKK-çılarla bir arada – Şok görüntü
ABŞ hərbçiləri PKK-çılarla bir arada – Şok görüntü29-11-2019, 19:09 |
Suriyadan çıxacağını elan edən ABŞ bu ölkədən ayrılmamaqda qərarlıdır. Şəffaflıq.az xəbər verir ki, Pentaqonun rəsmi internet səhifəsində açıqlanan məlumatda ABŞ-ın Suriyada mövqeyinin gücləndirdiyi və YPG ilə bölgədə birgə hərəkət edəcəyini bildirilib. ABŞ-ın ortaq əməliyyatlar komandanı, general Robert Uayt İraqda keçirdiyi mətbuat konfransında bəyan edib ki, Suriya Demokratik Qüvvələri (SDG) ilə müştərək əməliyyatları yenidən həyata keçirirlər. General əlavə edib ki, Türkiyənin həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatından sonra ABŞ qüvvələri Suriya-Türkiyə sərhəddinin 10 kilometrlik dərinliyindən çəkilib, ancaq qarmaqarışıq olan bölgədə türk ordusu, Suriya milli ordusu, Rusiya qüvvələri və Suriya rejimi ordusunun mövcudluğu ilə daha xaotik hal yaşanır”. Geri qayıt |