Əsas Səhifə > MILLI MƏCLİS > Nazir: Bəzən vətəndaşlar pensiya almaq üçün iki hüququnun olması barədə məlumatsız olur
Nazir: Bəzən vətəndaşlar pensiya almaq üçün iki hüququnun olması barədə məlumatsız olur22-05-2024, 11:56 |
Bəzən vətəndaşlar pensiya almaq üçün iki hüququnun olması barədə məlumatsız olur. Şəffaflıq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, vətəndaşın eyni anda iki hüququ yaranarsa, misal olaraq, həm ailə başçısını itirməyə, həm də yaşa görə pensiya almaq hüququ yaranırsa, mövcud qanunvericiliyə əsasən, bir pensiyadan digərinə keçid yalnız onun yazılı müraciətindən sonra baş verə bilər: “Vətəndaş desə ki, yox sırf yaşa görə yox, ailə başçısını itirməyə görə pensiya almaq üçün müraciət edir, hüququ təmin edilə bilər. Biz də birbaşa ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik. Bu da təqribən il ərzində 6-7 min insanı əhatə edəcək. Bəzən heç onların məlumatı da olmur ki, onların iki hüququ var. Məsələn, yaşa görə pensiyasını alır və başa düşmür ki, həyat yoldaşı vəfat etdikdən sonra onun pensiyasının şamil olunması ilə pensiya məbləği artırıla bilər. Vətəndaşın məlumatı olmasa da, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik”. Geri qayıt |