Əsas Səhifə > MALİYYƏ > AMB rəsmisi: “Son 5 ildə sığorta bazarı 2 dəfə böyüyüb”
AMB rəsmisi: “Son 5 ildə sığorta bazarı 2 dəfə böyüyüb”22-05-2024, 11:19 |
Azərbaycanda son 5 ildə sığorta bazarı 2 dəfə böyüyüb. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. "Ölkəmizdə sığortanın böyük potensialı var. Başlıca məqsədimiz bu potensialı reallaşdırmaq, bazarın həcmini artırmaqdır. Ötən dövrdə sığorta sektorunun risklərinin tənzimlənməsi çərçivəsi inkişaf etdirilib. Sığortalılara qarşı ədalətli rəftarın təşkil edilməsi, bununla sığortaya ictimai inamın formalaşdırılması üçün mühüm tədbirlər görülüb. Sığorta sektorunun infrastrukturu yaxşılaşdırılıb. Cəmiyyətdə sığorta mədəniyyətinin artırlması üçün maarifləndirilmə tədbirləri keçirilib”, - deyə o qeyd edib. "Son illər maliyyə bazarının bütün seqmentlərində davamlı inkişaf müşahidə edilir. AMB maliyyə xidmətlərinin diversifikasiyası, keyfiyyəti, əlçantalığı və effektivliyinin təmin edilməsi, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılması və etimadın yüksəldilməsi, o cümlədən maliyyə sektorunun katastrofik risklərə qarşı gücləndirilməsi kimi strateji istiqamətləri əhatə edən maliyyə sektorunun strateji inkişaf sənədi hazırlanıb və təsdiqlənib", - deyə R.Orucov əlavə edib. Geri qayıt |