Əsas Səhifə > XARİCİ XƏBƏR > Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər


21-05-2024, 19:54


Ermənistan parlamentinin sədri Alen Simonyan Kiyev tərəfinin təşəbbüsü ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla telefon danışığı aparıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıb, Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Geri qayıt