Əsas Səhifə > SİYASƏT > Prezident iyulda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident iyulda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20-05-2024, 17:09 |
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Şəffaflıq.az-ın məlumatına görə, sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar. Geri qayıt |