Əsas Səhifə > SİYASƏT > Dayqa Mierinya: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır

Dayqa Mierinya: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır


20-05-2024, 15:05


Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır.

Şəffaflıq.az xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

“Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır. Bu il diplomatik münasibətlərimizin 30 ili tamam olur. Amma bizim mədəni, incəsənət sahəsində əlaqələrimiz daha uzun tarixə malikdir”, - o bildirib.

Parlament sədrinin sözlərinə görə, sabah Bakıda Latviya-Azərbaycan mədəni əlaqələrinin əhəmiyyətini vurğulayan iki mədəni tədbir keçiriləcək: “Tarix muzeyində çox mühüm sərginin açılması gözlənilir. Bu, latviyalı rəssam Yulius Straumun sərgisi olacaq. O, müxtəlif xalça naxışlarının toplanması ilə tanınır. Maraqlısı odur ki, o da Şuşada yaşayıb və üç il orada müəllim kimi çalışıb”.


Geri qayıt