Əsas Səhifə > REGİON > Sabah İran Prezidentinin ölümündən sonra parlamentin ilk açıq iclası keçiriləcək

Sabah İran Prezidentinin ölümündən sonra parlamentin ilk açıq iclası keçiriləcək


20-05-2024, 12:37


İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra parlamentin ilk açıq iclası mayın 21-də baş tutacaq.

Şəffaflıq.az  TASS-a istinadən xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, iclas sabah səhər saatlarında keçiriləcək.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.


Geri qayıt