Əsas Səhifə > REGİON > İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub20-05-2024, 09:06 |
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib. “Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, - o deyib. Təyyarədə həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub. Geri qayıt |