Əsas Səhifə > REGİON > Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək


18-05-2024, 23:10


“Gürcü Arzusu” partiyasının çoxluq təşkil etdiyi Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin mayın 18-də xarici agentlərlə bağlı qanun layihəsinə qoyduğu vetonu dəf edə bilər.

 Şəffaflıq.az xəbər verir ki, bu barədə “Civil Georgia” məlumat yayıb.

Məqalədə qeyd edilib ki, vetonun götürülməsi üçün “Gürcü arzusu”nun malik olduğu sadə səs çoxluğu tələb olunur. Eyni zamanda, parlament üzvləri iyunun 28-də tətilə gedəcək:

“İndi əsas sual ondan ibarətdir ki, “Gürcü arzusu” vetonu ləğv etmək qərarına gələcək, yoxsa qanunun qəbulunu sentyabr ayına qədər təxirə salacaq”, - nəşr yazıb.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və medianın xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.


Geri qayıt