Əsas Səhifə > Hadisə > Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub

Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub


17-05-2024, 22:44


Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində binaların birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.

Onun meyiti tibbi ekspertizaya aparılıb.

Fakt araşdırılır.

Şəffaflıq.az


Geri qayıt