Əsas Səhifə > REGİON > Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: Cənubi Qafqazda regional əməkdaşlıq mühiti təmin olunur - TƏHLİL
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: Cənubi Qafqazda regional əməkdaşlıq mühiti təmin olunur - TƏHLİL17-05-2024, 13:22 |
Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 16-da Türkiyəyə rəsmi səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra tərəflər arasında görüşdən sonra birgə mətbuat konfransı zamanı liderlər birgə bəyanatlarla çıxış ediblər. Mediada yer alan xəbərlərə görə, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. R.T.Ərdoğan da mətbuat konfransı zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir. Kobaxidze isə öz növbəsində Bakı və İrəvanın sonda sülh razılaşmasına nail olacağına inandığını deyib: "Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyəti böyükdür. Biz bu iki ölkənin nəticə etibarı ilə bir sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq". Həm Ankara, həm də Tbilisi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında birbaşa maraqlı olan aktorlardır. Çünki bu dövlətlərin ikisi də region ölkəsidir. Odur ki, bölgədə sabitliyin və əməkdaşlıq mühitinin təmin olunması həm Türkiyənin, həm də Gürcüstanın maraqlarına uyğundur. Şəffaflıq.az Geri qayıt |