Əsas Səhifə > SİYASƏT > Ötən il 91 nəfər sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilib

Ötən il 91 nəfər sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilib


17-05-2024, 11:27


2023-cü ildə 91 Azərbaycan vətəndaşı sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilib.

Şəffaflıq.az-ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Hesabata əsasən, onların 38 faizi 35 yaşdan yuxarı, 7 faizi 18-25 yaş arası, 55 faizi isə 25-35 yaş aralığındakı şəxslərdən ibarətdir. Həmçinin 24 nəfərin Bakı, 11 nəfərin Gəncə, 6 nəfərin Tovuz, 5 nəfərin isə Sumqayıt şəhər sakini olduğu müəyyənləşib. Eyni zamanda onlardan 28-i Türkiyə, 28-i Rusiya, 15-i Birləşmiş Ərəb Əmirlikləri, 10-u Bəhreyn, 4-ü Qətər, 3-ü İran, 1-i isə İraqda cinsi istismara məruz qalıb.

Daha 2 nəfər isə sosial şəbəkələr vasitəsilə aldadılaraq ölkə daxilində əmək istismarına cəlb edilib.

Qurbanlardan 6-ı 18-25 yaş arası, 50-i 25-35 yaşlarında, 35 nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-i respublikanın digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-2022-ci illərdə, 17-i isə 2023-cü ildə istismara məruz qalan şəxslər olub.

Bundan başqa, 2005-2023-cü illərdə 1350 nəfər insan alveri qurbanı olub. Onlardan 1264 nəfəri qadın, 86-sı isə kişi olub.


Geri qayıt