Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb

Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb


17-05-2024, 11:23


2024-cü ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2 milyard 271 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 267,4 mln. manat və ya 13,3 % çoxdur.

Şəffaflıq.az Fonda istinadən məlumat verir ki, xərclərin 97,2 %-ni əhaliyə ödənişlər təşkil edib.

Qeyd edilən dövrdə DSMF-nin gəlirləri 2,2 % və ya 47 milyon manat artaraq 2 milyard 169 milyon manat olub.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 10 % və ya 157 milyon manat çox olmaqla 1 milyard 811 milyon manat təşkil edib.


Geri qayıt