Əsas Səhifə > XARİCİ XƏBƏR > XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib16-05-2024, 23:39 |
Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşini qəbul edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin diplomatik missiyasının “BƏƏ-nin Azərbaycandakı səfiri Zati-aliləri Məhamməd Əl Bluşi Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Zati-aliləri Elmar Məmmədov ilə görüşüb, iki ölkə arasında müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib”, – paylaşımda qeyd olunub. Xatırladaq ki, Məhəmməd Əl Bluşi 2022-ci ilin aprelindən BƏƏ-nin Azərbaycandakı səfiridir. Geri qayıt |