Əsas Səhifə > FUTBOL > Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub

Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub


16-05-2024, 23:37


Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" komandası Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxıb.

Şəffaflıq.az -ın məlumatına görə, "Çorum" səfərinə yollanan Kocaeli təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Qarşılaşmaya start heyətində başlayan R.Şeydayev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, bu gün digər Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" komandası pley-offda "Bodrumspor"la qarşılaşıb və uduzub - 0:2.


Geri qayıt