Əsas Səhifə > Hadisə > Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb


16-05-2024, 12:21


“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan vətəndaşı Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt