Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda rəqəmsal ödənişlərdə fırıldaqçılığın qarşını almaq üçün yeni fəaliyyət planı hazırlanacaq

Azərbaycanda rəqəmsal ödənişlərdə fırıldaqçılığın qarşını almaq üçün yeni fəaliyyət planı hazırlanacaq


15-05-2024, 14:22


Azərbaycanda rəqəmsal ödənişlərdə fırıldaqçılıq hallarına qarşı davamlı mübarizənin təşkil edilməsi məqsədilə cari il ərzində yeni fəaliyyət planının tərtib edilməsi nəzərdə tutulub.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda bu gün keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, yeni fəaliyyət planında fərqli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi təmin ediləcək.

"Fırıldaqçılıq əməliyatlarına qarşı mühüm tədbirlərdən biri olan mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması, baş verən fırıldaqçılıq əməliyyatları haqqında Mərkəzi Bankın dərhal və zamanında məlumatlandırılması üçün texniki imkanların yaradılması, ödəniş xidməti təchizatçılarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik", - Z. Nuriyev əlavə edib.


Geri qayıt