Əsas Səhifə > SİYASƏT > Bakıda Azərbaycan və Belarus XİN başçılarının görüşü keçirilir

Bakıda Azərbaycan və Belarus XİN başçılarının görüşü keçirilir


15-05-2024, 13:11


Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belarusun xarici işlər naziri Sergey Aleynik arasında görüş keçirilir.

Şəffaflıq.az xəbər verir ki, nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyində (XİN) belaruslu həmkarı ilə görüşüb.

Hazırda nazirlərin görüşü təkbətək formatda keçirilir.

Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.


Geri qayıt