Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 22 %-dən çox artıb
Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 22 %-dən çox artıb15-05-2024, 10:51 |
Bu ilin aprelin 1-ə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 %-dən çox artaraq 17,4 milyon ədəd olub. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində deyib. O bildirib ki, cari ilin birinci rübündə kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərinin həcmi 80 %-dən çox artaraq 16 milyard manatı keçib. "Olkədaxili kart ödənişlərinin nağdsız dövriyyənin xüsusi çəkisi ötən illə müqayisədə 11 %-ə yaxın artaraq 62 faizə bərabər olub" - R. Orucov əlavə edib. Geri qayıt |